Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır


Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə məqsədilə daha bir neçə avtobus marşrutları müsabiqəyə çıxarılır.  

 

Bu barədə Sfera.az-a AYNA-dan məlumat verilib.

 

Qeyd olunur ki, bunlar Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir, Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Siyəzən, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ,

 

Bakı-Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutlarıdır.

 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

 

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

 

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;

 

Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;

 

Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;

 

Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;

 

paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.

 

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.


OXŞAR XƏBƏRLƏR

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.   Sfera.az bildirir ki, Azə...

Roma Papası erməni katolokisla təkbətək görüşdü

Bu gün Roma Papası XIV Leo Kilikiya Erməni Katolik Evinin katolikos-patriarxı Rafael-Petros XXI ilə təkbətək görüşüb.   Sfera.az xəbər verir ki,...

Azad Şabanovdan möhtəşəm konsert - FOTOLAR

Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.   Sfera.az xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas sə...