Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildilər

Hadisə
21:15 / 10.07.2024
11932
Xırdalanda yaşayış binasında yanğın olub.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.