"Elə bilirlər ki, qadın azad və ya güclü olsa, boşanacaq" - Mehriban Zeynalova

Cəmiyyət
17:00 / 10.07.2024
24892
“Qadınlarla bağlı yanlış təbliğatlar var”.
Sfera.az bildirir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, bunlardan biri də qadınların iqtisadi güclənməsi ilə bağlı qorxuların təşviqidir:
“Belə bir fikir formalaşdırırlar ki, qadın iqtisadi azad və ya güclü olsa, boşanacaq. Ölkədə bir yox, minlərlə qadın tanıyıram ki, iqtisadi cəhətdən azaddır, güclüdür, lakin həyat yoldaşına böyük hörmətlə yanaşır”.
M.Zeynalova qeyd edib ki, həmin qadınların ailəsi daha möhkəmdir: “Bəsdir, bu qadınları “amorf varlığa” çevirdiniz!”.
Türkan