Azərbaycanda bu şəhər İŞIQSIZ QALDI

Hadisə
12:17 / 10.07.2024
5974
Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Sfera.az xəbər verir ki, fasilə 6 kv-luq "Karxana -61" hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Mərkəzi Aran RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsindən bildirilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi tam bərpa olunacaq.(Report)