Dünya əhalisinin 40 faizi üç ölkədə yaşayır - ADLAR

Dünya əhalisinin 40 faizi üç ölkədə yaşayır - ADLAR

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2023-cü ildə ən çox əhalisi olan ölkə 1 milyard 428 milyon 627 min 663 nəfərlə Hindistan, ikinci yerdə 1 milyard 425 milyon 671 min 352 nəfərlə Çin və 339 milyon 996 min nəfərlə Amerika Birləşmiş Ştatlarıdır.

 

Sfera.az xəbər verir ki, bu üç ölkənin əhalisi dünya əhalisinin 39,7%-ni təşkil edir.

 

Əhali sayı 100 milyon nəfərdən çox olan 15 ölkə var. Bunlar Hindistan, Çin və ABŞ-dən başqa İndoneziya (277,5 milyon nəfər), Pakistan (240,5 milyon nəfər), Nigeriya (224 milyon nəfər), Brazilya (216,4 milyon nəfər), Banqladeş (173 milyon nəfər), Rusiya (144,4 milyon nəfər), Meksika (128,5 milyon nəfər), Efiopiya (126,5 milyon nəfər), Yaponiya (123,3 milyon nəfər), Fillipinlər (117,4 milyon nəfər), Misir (112,7 milyon nəfər) və Konqodur (102,3 milyon nəfər).

 

Növbəti illərdə daha bir ölkənin əhali sayı 100 milyonu ötəcək. Bu, Vyetnamdır. Vyetnamın 99 milyon nəfər əhalisi var.

 

Məlumatlardan görünür ki, inkişaf etmiş ölkələrdə əhali qocaldığı halda, kasıb ölkələrdə gənc əhalinin sayı yüksəkdir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR