Ərdoğan: "NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir"

Ərdoğan: "NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir"

NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, ABŞ-da keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq.

 

R.T.Ərdoğan, həmçinin Ukraynada davam edən müharibə barədə də danışıb: “NATO müharibənin tərəfi olmamalıdır. Biz müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarıyıq və bunun üçün çalışırıq”.


OXŞAR XƏBƏRLƏR