Cinayətdə şübhəli bilinən 39 nəfər SAXLANILDI

Cinayətdə şübhəli bilinən 39 nəfər SAXLANILDI

Ötən gün ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

 

Qurum rəsmisinin sözlərinə görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

“Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb”, - o bildirib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR