Oliqarxlar Rusiya və Çini TƏRK EDİR - SƏBƏB

Oliqarxlar Rusiya və Çini TƏRK EDİR - SƏBƏB

“Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Kreml oliqarxları nəzarətdə saxlamağa çalışır”.

 

Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, artıq varlı insanlar bizneslərinə təhlükə yaratmayan, imkanlarını daha da artıran ölkələri seçirlər:

 

“Kremlə yaxın oliqarxlar istisnadır. Rusiyalı oliqarx Roman Abramoviç bir ara Londonda məskunlaşmışdı, biznesini İngiltərə paytaxtından idarə edirdi, məşhur “Çelsi” futbol klubunun rəhbəri idi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ingilislər ondan seçim etməyi tələb etdilər – o, ya Rusiyanın Ukraynaya qarşı işğalını pisləyərək Böyük Britaniyada yaşamağa və işləməyə davam etməli, ya da dostu, Rusiya Prezidenti Vladimir Putinin siyasətinə səssiz qalmaqla, Böyük Britaniya ərazisini tərk etməli idi. Roman Abramoviç ikincini seçdi, klubunu satdı, məkanını dəyişdi. Ancaq o Rusiyaya qayıtmadı, başqa xarici ölkələrdən birini seçdi”.

 

Bildirilib ki, Çini tərk edən varlı biznesmenlərin də sayı artıb:

 

“Son hesabata görə, 2024-cü ildə rekord sayda milyonerin Çini tərk edəcəyi gözlənilir. Bu da Asiyanın böyük iqtisadiyyatına təsir edə bilər. Çin bu il ərzində minlərlə milyonçunu itirmək üzrədir. “Henley Private Wealth Migration Report 2024” adlı hesabata görə, daha yaxşı həyat axtaran varlı çinlilər üçün ənənəvi əsas istiqamətlər ABŞ, Kanada və Sinqapurdur. Ancaq son illərdə artan sayda varlı çinlilər Yaponiyanı da nəzərdən keçirirlər. Köçün səbəblərindən biri Çində daşınmaz əmlak bazarının üzləşdiyi böhrandır”.

 

Son olaraq qeyd olunub ki, bu il dünyada 128 minə yaxın milyonerin köçməsi gözlənilir: “2023-cü ildə bu rəqəm 120 min nəfər idi. Milyonçuları cəlb edən əsas ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkə ABŞ-dən təxminən iki dəfə çox milyonçunu cəlb etməyi bacarıb”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...