"Bu ölkə Ukraynadakı müharibəyə son qoya bilər" - Orban

Siyasət
12:46 / 08.07.2024
5482
Macarıstanın Baş naziri Viktor Orban Çini Ukraynadakı münaqişəyə son qoymaq gücünə sahib əsas ölkə adlandırıb. Qeyd edək ki, Orban hazırda Çində səfərdədir.
Sfera.az xəbər verir ki, son bir neçə gündə Ukrayna, Rusiya və Çinə səfər edən Orban bununla bağlı fikirlərini özünün X (“Twitter”) səhifəsində yazıb:
“Çin Rusiya-Ukrayna münaqişəsində sülh yarada bilən əsas qüvvədir. Buna görə də, mən Çin lideri Si Cinpinin Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra Pekində görüşməyə gəldim”.
Qeyd edək ki, Çinlə bağlı oxşar fikirləri bir neçə gün öncə Finlandiya Prezidenti Alexander Stubb da bildirmişdi. Finlandiyanın dövlət başçısı hesab edir ki, Pekindən gələn bir zəng münaqişəni dayandırmağa kifayət edəcək.
Vasif