Cinayətdə şübhəli bilinən 75 nəfər SAXLANILDI - RƏSMİ

Kriminal
11:40 / 08.07.2024
6053
Həftəsonu ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə, ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
“Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb”, - qurum əlavə edib.
Günay