Rusiyada BAM-a abidə qoyuldu - FOTO

Rusiyanın Tında şəhərində Baykal-Amur magistral xəttinin (BAM) inşaatçılarının şərəfinə ucaldılan abidənin açılışı olub.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, abidə tuncdan tökülüb və qranit postament üzərində quraşdırılıb. Kompozisiya inşaatçıların həyatından (yolların çəkilməsi, istirahət və gündəlik həyat) səhnələri təmsil edir, həmçinin dəmir yolunun marşrutunu göstərir. Bundan əlavə, onun fraqmentlərindən biri də pəncəsini meşədən yelləyən ayıdır.
Xatırladaq ki, BAM-ın tikintisinə 1974-cü ildə başlanılıb 1984-cü ildə tamamlanıb. BAM layihəsinin tamamlanmasında 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışmış Heydər Əliyev xüsusi rol oynayıb. Onun təşkilatçılığı sayəsində tikintisi dalana dirənən layihəni tamamlamaq mümkün olub. Layihə indi də Rusiya nəqliyyat sisteminin mühüm hissəsini təşkil edir. Rusiya hökuməti BAM-ın əhəmiyyətini nəzərə alaraq 2035-ci ilə qədər BAM-ın və Trans-Sibir dəmir yolunun modernləşdirilməsi üzrə investisiya layihəsinin üçüncü mərhələsini təsdiqləmişdi. Layihənin inkişafı sayəsində Amur çayı üzərindən keçid də daxil olmaqla əlavə yollar, sidinglər, tunellər və körpülər tikiləcək.
Bundan əlavə, dəniz limanlarına yanaşmalar təşkil olunacaq, stansiyalar və platformalar modernləşdiriləcək. Hər iki magistralda işlərin ümumi dəyəri 3,7 trilyon rubldan (41 milyard dollardan) çox olacaq.
Vasif