Beyləqanda süpürgəçini maşın vuraraq ÖLDÜRDÜ

Beyləqanda süpürgəçini maşın vuraraq ÖLDÜRDÜ

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

 

Sfera.az xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

 

Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

 

DİN-in Mətbuat Xidmətinin Berdə qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR