Şuşaya işləməyə gedən iki nəfər qəzaya düşdü

Hadisə
09:18 / 08.07.2024
3525
Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.
Sfera.az-ın məlumatına görə, minik avtomobili traktorla toqquşub.
Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)