Ağdamda avtomobil aşdı: YARALI VAR -FOTO/VİDEO

Hadisə
23:16 / 07.07.2024
9214
Ağdam rayonunda yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bərdə-Ağdam yolunun Təzəkənd kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb. Hadisə nəticəsində Ağdam rayonu, Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov xəsarət alıb.
Yaralıya Ağdam rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.