Həbsdə olan qardaşına narkotik vasitə aparan şəxs SAXLANILDI

Kriminal
17:48 / 06.07.2024
10393
Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Həbs olunmuş şəxs Fuad Feyruz oğlu Ağayevlə görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.