Məşhur bloger qəzaya düşdü – FOTO

Hadisə
13:16 / 06.07.2024
4530
Kocaelinin Kandıra rayonunda iki avtomobilin toqquşması nəticəsində sosial media fenomeni Enes Batur Sungurtekin də daxil olmaqla 4 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Qəza yerinə təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Ülkər Abdurahmanlı