Bakıda ağcaqanad dərmanı evdə yanğına səbəb oldu - VİDEO


Bakıda ağcaqanad dərmanı evdə yanğına səbəb oldu - VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində evdə yanğın baş verib. 

 

Sfera.az-ın məlumatına görə, Şamil Manafova məxsus birmərtəbəəli yaşayış evindən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun digər ərazilərə yayılmasının qarşısı alınıb. Amma ev əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

 

Hadisə yerində olarkən öyrəndik ki, Şamil Manafov həyat yoldaşı Elza Balabəyovadan ayrıldıqdan sonra evin bir otağında özü, digərində isə keçmiş arvadı oğlu ilə qalırmış. Elza Balabəyova deyir ki, yanğına səbəb ağcaqanad dərmanını yandırıb evdən çıxması olub. 

 

Qadın deyir ki, qapını açarkən alov evi bürüyüb. İkiotaqlı ev yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

 

Şamil Manafov isə deyir ki, hadisə zamanı onun da əşyaları yanıb. 

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 


OXŞAR XƏBƏRLƏR