"Ukraynaya yeni yardım paketi ayıracağıq" - Pentaqon

ABŞ Ukraynaya yeni yardım paketi ayıracağını açıqlayıb.
Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün Ukraynaya yenidən yardım ediləcək”, - ABŞ Müdafiə nazirliyinin məlumatında qeyd olunub.
Açıqlamada Ukrayna üçün açıqlanan yeni yardım paketinin dəyərinin təqribən 2,4 milyard dollar olduğu, paketin içərisində hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlərin yer aldığı bildirilib.
“Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə Patriot və Milli Qabaqcıl Qurudan Havaya Raket Sistemi (NASAMS) üçün 2,2 milyard dollarlıq sursat yardımı veriləcək. Həmçinin əlavə 150 milyon dollarlıq paket müxtəlif sursat və logistika ehtiyaclarına yönəlib. 150 milyon dollarlıq əlavə yardım paketinə HAWK hava hücumundan müdafiə sistemi və yüngül reaktiv yaylım atəş sistemi (HIMARS) kimi döyüş sursatları, 155 və 105 millimetrlik artilleriya mərmiləri, Javelin və AT-4 tank əleyhinə silahlar, idarə olunan TOW raketləri də daxildir”, - Pentaqon bildirib.
Günay