ABŞ-dən Şimali Koreyaya SƏRT XƏBƏRDARLIQ: "Məsələ ciddidir”

ABŞ-dən Şimali Koreyaya SƏRT XƏBƏRDARLIQ: "Məsələ ciddidir”

Pentaqon Şimali Koreyanın son raket sınaqlarına reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayder danışıb.

 

“Biz bir daha bu cür sabitliyi pozan davranışların məsuliyyətsiz olduğunu vurğulayırıq. Şimali Koreyanı yenidən diplomatik danışıqlara qayıtmağa çağırırıq. Son raket sınaqlarının ABŞ, bölgədəki müttəfiqlərimiz və ya tərəfdaşlarımız üçün təhlükə yaratdığına dair heç bir qiymətləndirmə olmasa da, məsələ kifayət qədər ciddidir”- Rayder qeyd edib.

 

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti ilə bağlı da danışan Rayder Cənubi Koreya və digər regional müttəfiqlərlə əməkdaşlığın görüşün gündəm bəndlərindən biri olacağını bildirib.

 

“Müdafiə naziri Lloyd Ostin sammit zamanı transatlantik müdafiə sənayesi istehsalının artırılması, müttəfiqlərdən müdafiə investisiyalarının təmin edilməsi, NATO ilə onun Hind-Sakit okean tərəfdaşları, o cümlədən Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikası arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə dair danışıqlar aparacaq. Alyans yarandığı gündən bəri bəşər tarixində ən böyük müdafiə ittifaqıdır. Gələn həftə keçiriləcək sammit isə ABŞ-nin NATO-ya sarsılmaz sadiqliyini, alyansın qlobal təhlükəsizlik və sabitliyin qorunmasında kritik əhəmiyyətini nümayiş etdirəcək”,  - Rayder fikrini yekunlaşdırıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Manatın dövretmə sürəti artıb

Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,36 bənd təşkil edib.   Sfera.az xəbər verir ki, "Report" bu ha...

Roza Zərgərli yeriyə bilmir – VİDEO

  Müğənni Roza Zərgərlinin sosial şəbəkədə yayımladığı son video izləyicilər arasında ciddi ajiotaj yaradıb.   Sfera.az xəbər verir ki, video...

Füzulidə şagird kanalda batdı, axtarışlar başladı - FOTO

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ər...

Bu ölkədə “DeepSeek” proqramından istifadə mümkün olmayacaq

Almaniya Çinə məxsus “DeepSeek” süni intellekt proqramını qadağan etmək istiqamətində addımlar atıb.   Sfera.az APA-ya istinadən xəbər ve...

Məşhur pop qanqster vəfat etdi - FOTOLAR

İsveçin ən bədnam cinayətkarlarından biri olan Klark Olofsson 78 yaşında vəfat edib. O, 1973-cü ildə Stokholmun Norrmalmstorq meydanında bankı qarət etməklə məş...

İlham Əliyev İran İsrail qarşıdurmasından danışdı: "Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biridir"

Bu gün İranın Azərbaycana yeni təyin olunan  fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edən Prezident İlham Əliyev söhbət ...