Emmanuel Makronun xanımı səs verərkən SƏHVƏ YOL VERDİ

Emmanuel Makronun xanımı səs verərkən SƏHVƏ YOL VERDİ

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron parlament seçkilərində səs verərkən səhvə yol verib.


Sfera.az xəbər verir ki, bu barədə yerli "BFMTV" telekanalı məlumat yayıb.

 

Jurnalistlər bildiriblər ki, dövlət başçısı Emmanuel Makron və xanımı sahilyanı Le Tuke şəhərində səs veriblər. 

 

Qaydalara görə, vətəndaş əvvəlcə səs verməli, sonra seçici siyahısına imza atmalıdır. Lakin B. Makron qaydanı unudaraq əvvəlcə seçici siyahısına imza atmaq istəyib.

 

Xanım Makron  qələmi əlinə alan zaman seçki komissiyasının nümayəndəsi onun qarşısını kəsib. Seçki məntəqəsinin işçisi birinci xanıma bülleteni qutuya atmalı olduğunu xatırladıb. Buna cavab olaraq Bricit Makron gülümsəyərək ona verilən göstərişlərə əməl edib.


Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı Milli Mitinq partiyası alıb . Onu vətəndaşların 34,2%-i dəstəkləyib.İkinci və üçüncü yerləri sol partiyaların “Yeni Xalq Cəbhəsi” və “Respublika Naminə Birgə” prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...