FHN qüvvələri Hacıqabulun sel basmış ərazilərinə cəlb olunub -FOTO-VİDEO

Hadisə
22:50 / 29.06.2024
4492
İntensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunub.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.