Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının regional platformasının yaradılmasını TƏKLİF ETDİ

Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının regional platformasının yaradılmasını TƏKLİF ETDİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının Türkiyənin İstanbul şəhərində keçirilən 25-ci iclasında iştirak edib.

 

Ombudsman Aparatının Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Yaponiyanın, Cənubi Koreyanın, Çinin, Honkonqun, Pakistanın, Türkiyənin, Tatarıstanın, İranın ombudsman təsisatlarının rəhbərləri və nümayəndələrinin iştirak etdiyi iclasda Assosiasiyanın ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb.

 

Ombudsman çıxışı zamanı iclasın gündəliyində duran məsələlərə münasibətini bildirib. Eyni zamanda, Müvəkkil hazırda dünya üçün aktual məsələlərdən biri olan biznes və insan hüquqları sahəsinin önəmini vurğulayıb, bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Müvafiq sahədə ilkin milli qiymətləndirmə sənədinin hazırlandığını qeyd edib.

 

Ombudsman Assosiasiyaya üzv ölkələr arasında həmin sahədə təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə qurum nəzdində biznes və insan hüquqları sahəsində regional platformanın yaradılmasını təklif edib.

 

Daha sonra BMT-nin İnkişaf Proqramının İstanbul regional mərkəzinin nümayəndəsi tərəfindən “Biznes və insan hüquqları üzrə ilkin milli qiymətləndirmə sənədi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat keçirilib. Təqdimat zamanı müvafiq sahədə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin Ombudsman təsisatı ilə birgə həyata keçirdiyi əməkdaşlıqdan, milli qiymətləndirmə sənədinin hazırlanması prosesindən bəhs olunub.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...