Belarus səfiri: "Lukaşenkonun səfəri ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verib"

Belarus səfiri: "Lukaşenkonun səfəri ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verib"

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri Bakı ilə Minsk arasında ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verib.

 

Sfera.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Belarusun Müstəqillik Gününə həsr olunmuş tədbir zamanı deyib.

 

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda baş tutmuş uğurlu səfəri təsdiq etdi ki, strateji tərəfdaşlığımız möhkəmlənəcək və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın dostluğu və qarşılıqlı anlaşması ənənələri əsasında fəal şəkildə inkişaf edəcək”, - o deyib.

 

A.Ravkov Belarus liderinin səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün güclü təkan olduğunu vurğulayıb.

 

Səfir qeyd edib ki, Belarusun faşist işğalından azad edilməsi üçün Azərbaycan hərbçiləri də döyüşüb, onlardan 12 nəfəri “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb: “Xalqlarımız sovet xalqının ümumi qələbəsinə mühüm töhfə verib. Bu baxımdan veteranlara xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

 

Diplomat onu da əlavə edib ki, Belarusun faşist işğalından azad edilməsinin 80 illiyi şərəfinə xüsusi medal təsis edilib və bir sıra Azərbaycan vətəndaşları bu medalla təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...