Qazaxda piyadanı avtomobil vurub, vəziyyəti AĞIRDIR

Hadisə
22:43 / 26.06.2024
2639
Qazax rayonunda piyadanı avtomobil vurub.
Sfera.az-ın məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.
Müxtəlif xəsarətlər alan piyada Rəşad Əmrahov xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.