Zəvvarların ölümü: Tunisin dini işlər naziri vəzifəsindən azad edildi

Səudiyyə Ərəbistanında həddindən artıq istilər səbəbindən ən azı 49 tunisli ölüb.
Sfera.az xəbər verir ki, Həcc ziyarəti zamanı onlarla insanın ölümündən sonra Tunisin dini işlər naziri İbrahim əl-Şeybi vəzifəsindən azad edilib
.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında son bir həftə ərzində həddindən artıq istilər nəticəsində ən azı 49 tunisli ölüb. Tunisli ailələrin çoxu hələ də itkin düşənləri axtarır.
“Reuters”in məlumatına görə, Tunis prezidenti Kays Səid həcc ziyarətində iştirak edən onlarla vətəndaşının ölümündən sonra sərt tənqidlərdən sonra Dini İşlər Naziri İbrahim əl-Şeybi vəzifəsindən azad etdiyini açıqlayıb.
Məkkədə isə havanın temperaturu 50 dərəcəni keçib. Rəsmi məlumatlara görə, təxminən 1000 zəvvarın həyatını itirdiyi bildirilir. Həyatını itirənlər arasında Türkiyənin 23 vətəndaşı da var.
Aynil