AVRO-2024: Gürcüstan - Çexiya oyunu başlayıb

İdman
17:15 / 22.06.2024
12523
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Sfera.az-ın məlumatına görə, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Matçı almaniyalı Daniel Zibert idarə edir.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.