Türk ordusu 19 terrorçunu məhv etdi

Türk ordusu 19 terrorçunu məhv etdi

Türk Silahlı Qüvvətləri (TSQ) bu gecə İraqda növbəti əməliyyat keçiriblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, TSQ rəsmiləri hava əməliyyatı nəticəsində 19 PKK-lı terrorçunun məhv edildiyini bildiriblər.
 
Bundan başqa, bildirilir ki, terrorçuların 2 sığınacağı, 3 məntəqəsi və 1 əsas strateji nöqtələri də sıradan çıxarılıb.

Əməliyyatı həyata keçirən pilotlar artıq geri qayıdıblar. 



OXŞAR XƏBƏRLƏR