Bu yağın qiyməti yenidən BAHALAŞDI

İqtisadiyyat
15:47 / 20.06.2024
16212
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dəyəri kəskin şəkildə artan günəbaxan yağının qiyməti bir müddət idi ki, enmişdi. Lakin son aylarda günəbaxan yağının dəyərində yenidən yüksəlmə müşahidə olunur.
Sfera.az xəbər verir ki, Avropa bazarlarında günəbaxan yağının bir tonunun qiyməti yenidən 1000 dolları ötüb. Bu qiymət 2023-cü ilin sentyabrında qeydə alınan qiymətdən (895 dollar) 100 dollardan çoxdur.
Günəbaxan yağının qiymətində bu ilin martından davamlı bahalaşma var. Fevralda bir tonunun qiyməti 925 dollar olan günəbaxan yağının dəyəri mayın sonunda 1006 dollara çatıb.
Azərbaycanda isə günəbaxan yağının dəyərində hələlik artım əlamətləri yoxdur. Son bir neçə ayda günəbaxan yağının qiyməti sabit qalıb.
Vasif