Avropada bu avtomobillərə maraq ARTIR

Avropa İttifaqına üzv olan ölkələrdə yeni istehsal edilən elektrik, benzin və dizel avtomobillərinin sayında azalma, hibrid avtomobillərin sayında isə artım qeydə alınıb.
Sfera.az Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumata istinadən xəbər verir ki, bu ilin mayında keçən ilin eyni ayı ilə müqayisədə yeni qeydiyyata alınan avtomobillərin sayı 3 faiz azalıb.
Azalma İtaliyada 6,6%, Almaniyada 4,3% və Fransada 2,9% olub. Müqayisə edilən dövrdə yeni elektrik avtomobillərin qeydiyyatı 12% azalaraq 114 308 ədədə, ümumi bazar payı isə 12,5%-ə düşüb.
Ötən ilin eyni ayında elektrik avtomobillərin bazar payı 13,8% olub. Bazarda ümumi azalmaya baxmayaraq, artım qeydə alınan yeganə seqment hibrid avtomobillər təşkil edib. Mayda hibrid avtomobillərin qeydiyyatı 16,2% artaraq 272 568 ədədə çatıb.
Ekspert qiymətləndirməsinə görə hibrid avtomobillərə tələbin artması bu növ avtomobillərin elektrik avtomobilləri ilə müqayisədə daha praktik olması ilə bağlıdır. Bu artım sayəsində hibrid avtomobillərin bazar payı 25%-dən 30%-ə yüksəldib. Benzin və dizellə işləyən avtomobillərin ümumi payı 52,1%-dən 48,5%-ə düşüb və hazırda bazarın yarısından azını təşkil edir.
Vasif