Dünyanın üçüncü böyük müdafiə şirkəti Ukraynada sursat istehsalına BAŞLADI

Dünya
11:40 / 20.06.2024
17735
ABŞ şirkəti Ukraynada sursat istehsalına başlayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın "Northrop Grumman" hərbi-sənaye korporasiyası məlumat yayıb.
Bildirilib ki, söhbət 155 mm kalibrli tank və artilleriya sursatlarından, həmçinin digər mərmilərdən gedir.
Dövlət Departamentinin yeni proqramı Ukraynanın müdafiə sənayesinə 2 milyard dollar investisiya nəzərdə tutur.
Qeyd edək ki, "Northrop Grumman" ildə 30 milyard avrodan çox gəlirlə dünyanın üçüncü ən böyük müdafiə şirkətidir.
Firuzə Əliyeva