Cinayətdə şübhəli bilinən 42 nəfər SAXLANILDI

Kriminal
11:18 / 20.06.2024
15894
İyunun 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
“Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb”, - qurumdan əlavə olunub.
Günay