Rusiya ATƏT-dən ÇIXIR

Dünya
19:48 / 19.06.2024
8130
Rusiya Federal Şurası Dövlət Duması ilə birlikdə Rusiyanın ATƏT Parlament Assambleyasının işində iştirakının dayandırılması və ölkənin həmin təşkilata ödənişlərin dondurulması barədə qərar hazırlayacaq.
Sfera.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat katibi Valentina Matvienko deyib.
"Tərəfdaşlar, mən bunu dəstəkləyirəm, gəlin, Dövlət Dumasında həmkarlarımızla işləmək üçün komissiyaya bu tövsiyəni verək və bizim iştirakımızın və müvafiq olaraq Rusiya tərəfindən ATƏT Parlament Assambleyasına ödənişlərin dayandırılması barədə qərar hazırlayaq", - Matvienko Federal Şuranın iclasında bildirib.
Firuzə Əliyeva