Doğum evində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
16:42 / 19.06.2024
12889
Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğınla əlaqədar heç bir xəsarət qeydə alınmayıb.
Sfera.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Məmməd bildirib.
“Doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir”.
Ülkər Abdurahmanlı