Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli oldu

Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli oldu

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3x3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.

 

Sfera.az-ın məlumatına görə, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək.

 

30 iyul saat 23:00
İspaniya - AZƏRBAYCAN

 

31 iyul saat 23:30
ABŞ - Azərbaycan

 

1 avqust saat 14:30
AZƏRBAYCAN - Fransa

 

1 avqust saat 20:30
Almaniya - AZƏRBAYCAN

 

2 avqust saat 11:30
Avstraliya - AZƏRBAYCAN

 

2 avqust saat 19:30
Çin - AZƏRBAYCAN

 

3 avqust saat 19:30
Kanada - Azərbaycan

 

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə, pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.


OXŞAR XƏBƏRLƏR