Ermənistanın son təxribatları sülhə mane ola bilərmi? - AÇIQLAMA

Ermənistanın son təxribatları sülhə mane ola bilərmi? - AÇIQLAMA

"Ermənistanın Naxçıvan istiqamətində mövqelərimizi dünəndən bəri bir neçə dəfə atəşə tutması bir növ uzun zamandır müşahidə edilən sükutu pozub".

 

Sfera.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Emin Əliyev bildirib.

 

“Hazırda əsas aydınlıq gətirilməli məqam atəşin niyə məhz indi açılmasıdır. Bunun üçün bir neçə gündür Ermənistan tərəfindən verilən açıqlamalara diqqət etməkdə fayda var. Baş nazir Nikol Paşinyan 1 aya sülh müqaviləsini imzalamağa hazır olduqlarını dilə gətirdi. İrəvanda hazırda iki cəbhə var. Bir tərəfdə Azərbaycanla əlaqələrin bərpasını, sülhü dəstəkləyən qüvvələr, digər tərəfdə isə radikal addımlara meylli və təxribatçı qruplar. Təxribatçı qruplar Ermənistan ordusunun daxilində üstünlük təşkil edir. Hətta bununla bağlı dəfələrlə Ermənistan rəhbərliyinin dilindən də açıqlamalar gəlib və sərhəddəki hadisələr bu qrupların addımı ilə əlaqələndirilib. Düşünürəm ki, ilkin variant Nikol Paşinyanın sülh açıqlamasından sonra prosesə maneə olmaq və iki ölkə arasında hələ də qaynar əlaqələrin olduğunu göstərməkdir. Digər variant isə İranla Azərbaycan arasında baş tutan hərbi təlimlər ola bilər. İyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə keçirilən taktiki təlimlər İrəvanda narahatlıqla qarşılanıb".

 

Emin Əliyev qeyd edib ki, Ermənistanın regionda müttəfiqi demək olar ki, yoxdur.

 

“Azərbaycanla münasibətlər ip üzərində, Rusiya ilə partlamağa hazır bomba, Gürcüstanla yalnız diplomatik müstəvidə “salam-sağ ol’’ var. Belə olan halda geriyə yalnız Tehranın qalması İrəvanı ondan daha möhkəm yapışmağa vadar edir. Ancaq sərhəddəki bu hərəkətlənmənin uzun müddət çəkəcəyini düşünmürəm. Kiçik qığılcımlar müvəqqəti xarakter daşıyacaq və danışıqlara maneə gücündə olmayacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR