"Vaşinqtonun məqsədi Ukraynanın bu ehtiyatlarına sahib olmaqdır..." - ABŞ-li jurnalistdən İDDİA

"ABŞ-nin Ukrayna ilə bağlı planları var".
Sfera.az bildirir ki, bu istiqamətdə yayılan yeni iddialar dünya mediasında da gündəm olub. Belə ki, amerikalı siyasi şərhçi Cimmi Dorun fikirləri səs-küy yaradıb.
O, özünün “YouTube” verilişində Ukrayna savaşının səbəbləri barədə danışıb.
Cimmi qeyd edib ki, Vaşinqton Rusiya ilə münaqişə vasitəsilə Ukraynanın mineral ehtiyatlarına sahib olmağa çalışır:
“Bütün bu pulları Ukraynaya göndərməyimizin əsl səbəblərindən birini bilmək istəyirsinizmi? Mən bu psixopatların heç birinin daha əvvəl mineral resurslardan danışdığını xatırlamıram. Onlar indicə buna başlayıblar. Deməli, məqsəd Kiyevin mineral ehtiyatlarına sahib olmaqdır”.
Cimmi ABŞ-ni Ukraynaya verdiyi dəstəyi “azadlıq və demokratiya” kimi dəyərə əsaslanan arqumentlərlə əlaqələndirdiyinə görə də tənqid edib.
Günay