"Oğlu məzun olur, gecə onu təbrik edib..." - AMEA-nın əməkdaşı VƏFAT ETDİ + FOTO

Cəmiyyət
13:31 / 14.06.2024
2703
AMEA-nın Folklor İnstitutun əməkdaşı Elnarə Soltanova qəflətən vəfat edib.
Sfera.az bildirir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu məlumat yayıb.
O bildirib ki, acı xəbəri səhər saatlarında alıb:
“Xəbər bütün iş yoldaşlarımızı sarsıtdı. Bu gün Elnarə xanımın böyük oğlunun məzun günü idi, çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında “vatsap”da paylaşım edib ürək sözlərini yazıb. Bəlkə də, səhər oğlunun məzun günündə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş. Allah rəhmət etsin..."
Günay