Nazir deputatın səhvini DÜZƏLTDİ: "O rayonda DOST Agentliyi yoxdur"

Siyasət
12:37 / 14.06.2024
1632
“Neftçalada DOST Agentliyinin işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlasın”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Mən dünən rayonda seçicilərlə görüş keçirdim. Orada konkret şikayətlər olduğu üçün deyirəm. Rayonda DOST Agentliyinin fəaliyyəti yoxlanılsın, məsələyə konkret müdaxilə olunsun”, - millət vəkili qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatın səhvini düzəldib:
“Məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Bu, yəqin ki, haqqı ödənilən işlərlə bağlıdır. Həmin işlərin icra mexanizmini də yerli icra hakimiyyət orqanı ilə birgə araşdırarıq”.
Firuzə Əliyeva