"Bayden hakimiyyətdə qala bilmək üçün Avropada daha çox..." - Zaxarova

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Baş katibi Yens Stoltenberqin Kiyevə silah tədarükünün alyansa üzv ölkələr üçün məcburi olacağı barədə bəyanatını şərh edib.

 

Sfera.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Bayden administrasiyası Avropada daha çox qan tökülməsində maraqlıdır.

 

“Qərb ictimaiyyətinin Rusiyanın, guya, “Qərb ölkələrinə qarşı qaçılmaz təcavüzü” ilə bağlı tezislə isterik vurulması yalnız bir şey deməkdir: Bayden administrasiyası həm öz hökumətinin, həm də Amerika iqtisadiyyatının çökməməsi üçün Avropa qitəsində daha çox qan axıtmağa ehtiyac duyur. ” - Zaxarova qeyd edib.

 

Zaxarova həmçinin Qərbə sual da ünvanlayıb: "Avropa İttifaqı ölkələri başa düşürlərmi ki, Vaşinqton onları NATO bayrağı altında Rusiya ilə birbaşa toqquşmaya sürükləyir?"

 

Xatırladaq ki, bundan əvvəl Y.Stoltenberq Kiyevə silah tədarükünün NATO ölkələri üçün məcburi olacağını, onların general Kristofer Kavolinin rəhbərliyi altında komanda strukturları tərəfindən əlaqələndiriləcəyini bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR