FBİ 35 ildə 90 qadın öldürən seriyalı qatilin cinayətlərini etiraf etdirə bilməyib

“İstər inanın, istər inanmayın, karyeranız boyunca tamamilə pis insanla qarşılaşmaq çox nadir rast gəlinən bir haldır. Amma onun gözlərinə baxanda şeytanın özünü gördüm” - Los-Anceles Polis Departamentinin cinayət təhqiqatında iştirak edən detektivlərindən biri Tim Marcianın Samuel Little üçün qurduğu cümlələr bunlardır. Çoxlu pis insanlarla qarşılaşmış, amma yenə də onlarda yaxşı cəhətlər görməyi bacaran təcrübəli detektivin ağzından çıxan bu sözlər əslində Samuel Littlın necə bir qatil olduğunu sübut edir.
Sfera.az sizə bu gün bu qatildən və onun məhv etdiyi həyatlardan yazır.
ABŞ-da 3 qadını öldürdüyü üçün ömürlük həbs cəzası alan Samuel Little məhkəmə zalında qurbanların ailələrinə "Mən bu cinayətləri etməmişəm”!-deyə hayqırırdı.
Məhkəməni günahsızlığına inandırmağa çalışan Little əslində olduqca dramatik və pafoslu bir tamaşa səhnələşdirib. Lakin göstərdiyi bu “günahsız insan” rolu onu ömürlük həbsdən xilas edə bilməyib. O, yəqin ki, kifayət qədər inandırıcı ola bilməmişdi... Həyat bumeranqdır; taleyin bir dönəmində, təqribən məhkəmədən dörd il sonra, ağır xəstəliklə mübarizə apararkən və ölüm yatağında olarkən o, törətdiyi cinayətləri etiraf etmək qərarına gəlir.
Düşünməyin ki, o, peşmançılıqdan bu etirafı edib, yeganə narahatçılığı başqa həbsxanaya köçürülmək olub. Üç qətlə görə məsuliyyət daşıdığı düşünülərək həbsə atılan bu adam transfer ərizəsi zamanı 35 ildə 90 nəfəri öldürdüyünü deyib...
Bu rəqəm 48 nəfəri öldürdüyünü etiraf edən Qrin çayının qatili Gary Ridgway və 36 nəfəri öldürdüyü bilinən Ted Bundy “göstəricilərindən” qat-qat çoxdur.
Amerika tarixinin ən təhlükəli və bəlkə də ən qəddar serialı qatillərindən biri... Üstəlik, onun qətli dayandırmasının yeganə səbəbi qocalması olub. Bu, həqiqətən də inanılmazdır...
Ohayoda orta məktəbdən qovulan və səfil yaşamağa başlayan Little ilk dəfə 1956-cı ildə həbs edilib. O, oğurluq, dələduzluq, narkotik və qadın alveri kimi cinayətlərdə təqsirli bilinərək, sonradan azadlığa buraxılıb. 2012-ci ildə narkotiklə əlaqəli cinayətə görə saxlanılana qədər...
Littledan götürülmüş DNT nümunələri 1980-ci illərdə törədilən və o vaxta qədər qatilləri tapılmayan üç qadının qətlinə işıq salıb. Ölənlərdən birinin meyiti yaşayış binasında, digərinin meyiti qarajda, sonuncunun isə zibil konteynerində aşkar edilib. Bu üç qadın döyüldükdən sonra boğularaq öldürülüb. Bu, keçmiş boksçu Littleın tərzi idi.
Bu üç qadını öldürdüyü üçün ayrı-ayrılıqda 3 dəfə ömürlük həbs cəzası alan Little məhkəmədə qətlləri törətmədiyini bildirib. Halbuki o, bu cinayətlər də daxil olmaqla 90 nəfərin ölümünə görə məsuliyyət daşıyırdı.
Little həbs olunduqdan sonra o vaxta qədər üstü açılmayan bəzi cinayətlərdə şübhəli ola biləcəyi düşünüldüyü üçün ona qarşı yeni ittihamnamə hazırlanıb. Həmin dövrdə Kaliforniyadakı həbsxanaya göndərilən Little, törətdiyi bütün cinayətləri etiraf edəcəyini və Texasdakı başqa bir həbsxanaya göndərilmək müqabilində FBİ ilə əməkdaşlıq edəcəyini bildirib. Ancaq yalnız bir problem var idi, Little ölüm yatağında idi və FBİ-nin bütün bu cinayətləri açmaq üçün çox az vaxtı qalmışdı.
Göründüyü kimi, Little qurbanları kimi xüsusilə narkotik aludəçisi və seks işçisi olan qadınları seçirdi. Üstəlik, qurbanların üzərində bıçaq və ya güllə izləri aşkar olunmadığından onların ölümləri həddindən artıq dozada narkotik, qəza və ya təbii səbəblərdən baş verib.
İndiyə qədər adını çəkdiyi qətllərin 36-sı ilə əlaqəsi olduğu bilinən Little bütün bu qətlləri 1970-2005-ci illər arasında törədib.
FBİ rəsmisinin dediyinə görə, o öldürdüyü hər bir insanı təfərrüatı ilə xatırlayırdı. Qətli törətdiyi yerdən tutmuş, hansı model maşın sürdüyünə qədər. Hətta öldürdüyü qadınların ətraflı təsvirini də çəkə bilirdi.
FBİ bu günə qədər üstü açılmamış bu cinayətləri açmaq və qurbanların ailələrinə bir qədər rahatlıq vermək üçün Littlın verdiyi pərdəarxası məlumatları araşdırmağa çalışır.
Little ölməzdən əvvəl 90 cinayətin hamısının açılıb-açılmayacağı tam bəlli deyil. Bununla belə, amansız bir qatil tərəfindən canlarını əlindən alan bu zavallıların ruhunun rahat olması üçün onlar əllərindən gələni etməli idilər.
Qeyd etdiyimiz kimi, Samuel Little öldürdüyü insanların ətraflı təsvirini çəkib. Cinayətlərin daha tez açılması üçün bu rəsmlər FBİ-nin saytında da paylaşılıb.
Aysel
Sfera.az