Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı ÖTDÜ - RƏSMİ

Azərbaycanda orta aylıq əməkhaqqı ilk dəfə olaraq 1000 manat həddini keçib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.
Qeyd edək ki, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 749 min 700 nəfərdir. Onlardan 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Vasif