“Qafqaz Qartalı - 2024” birgə təlimi BAŞA ÇATDI - VİDEO

Siyasət
13:25 / 12.06.2024
3464
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
"Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda bildirilib.