"Putinə heç bir güzəştə getməyəcəyik..." - Zelenskidən SƏRT BƏYANAT

Siyasət
12:32 / 12.06.2024
2510
Ukrayna lideri Volodimir Zelenski Almaniyadakı çıxışı zamanı Rusiya ilə müharibədən danışıb.
Sfera.az bildirir ki, onun sözləri prezidentin rəsmi saytında dərc olunub.
V. Zelenski heç bir güzəştə getməyəcəklərini bəyan edib:
“Biz normal həyatı bərpa etməliyik. Bunun üçün istifadə edilə bilən bütün Rusiya aktivlərindən istifadə edilməlidir. Putinə heç bir güzəştə getmədən...”
Qeyd edək ki, yaxın günlərdə İsveçrədə sülh planının növbəti müzakirəsi başlayacaq, lakin Rusiya bura dəvət edilməyib. Həmçinin Ukrayna Belçika ilə Kiyevin 2024-cü ildə Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən 1,7 milyard avro alacağı barədə razılığa gəlib.
Günay