ABŞ-də 6 Rusiya vətəndaşı HƏBS EDİLDİ - İŞİD-lə əlaqədə...

ABŞ-də 6 Rusiya vətəndaşı İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs edilib.
Sfera.az bildirir ki, bu barədə “New York Post” məlumat yayıb.
Qeyd olunub ki, xüsusi əməliyyat Los-Anceles, Nyu-York və Filadelfiya da daxil olmaqla bir neçə şəhərdə keçirilib.
“Şübhəlilər immiqrasiya pozuntularına görə saxlanılıb və bir neçə ay Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən izlənilib. Ruslar hələ də ittiham olunmayıb”, - nəşr qeyd edib.
“NBC News”un məlumatına görə, Tacikistandan olan 8 nəfər həbs edilib, lakin onların vətəndaşlığı dəqiqləşdirilməyib: “Saxlanılanların hamısı ABŞ-yə cənub sərhədindən daxil olub və onlardan ən azı ikisi ölkəyə 2023-cü ilin yazında gəlib”.
Daxili Təhlükəsizlik Departamenti və Federal Təhqiqat Bürosu birgə bəyanatda həbslərin terrorizmlə mübarizə çərçivəsində həyata keçirildiyini təsdiqləyib. “Həbs edilənləri deportasiya prosesi gözləyir”, - əlavə olunub.
Qeyd edək ki, İŞİD terrorçu təşkilatı kimi tanınır və Rusiya Federasiyasında fəaliyyəti qadağandır.
Günay