Azərbaycanın mədəniyyət naziri Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb
Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Baş nazir Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaratdığı bildirilib. Tərəflər bu əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə, həmçinin Gürcüstan ilə Avropa İttifaqının birgə təşkil etdikləri "Mədəniyyət və yaradıcılıq, innovasiyalar və yaradıcılıq” layihəsinin əhəmiyyəti, dekabrın 8-də Tbilisidə keçirilən beynəlxalq forumun mədəni əlaqələrin inkişafındakı rolu, yaradıcı sənayenin, yeni texnologiyaların, inkişaf təşəbbüslərinin yerlərdə və regionlarda reallaşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb. Mədəniyyətin şaxələndirilməsi, turizmin inkişafı, turistlərin sayının artım dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, iki ölkənin digər sahələrdə olduğu kimi mədəni sahədə də əməkdaşlığı, yaradıcı sənayenin inkişafına təkan verəcək. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər./azertag.az/

OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...