Azərbaycan futbol yığması Qazaxıstanı məğlub etdi

İdman
20:21 / 11.06.2024
5013
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununa çıxıb.
Sfera.az xəbər verir ki, Azərbaycan yığması Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda Qazaxıstan millisi ilə qarşılaşıb.
Arif Əsədovun komandası 2-0 geriyə düşsə də, oyunda dönüş edə bilib.
Yekunda Azərbaycan millisi 3-2 hesabı ilə qalib gəlib.
11 iyun
Beynəlxalq yoldaşlıq oyunu
Azərbaycan - Qazaxıstan 3:2
Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51 (p). Toral Bayramov, 73 - Voroqovskiy, 2. Samorodov, 28
Baş hakim: Bens Çonka