Nəşi tapılan hərbçimiz Ordubadda dəfn ediləcək - FOTO

Siyasət
17:55 / 11.06.2024
2852
Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri Ordubadda dəfn ediləcək.
Sfera.az apa-ya istinadən xəbər verir ki, onu nəşi hazırda Ordubad rayonunun Gənzə kəndinə aparılır.
Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.