"Xameneiyə və SEPAH-a yaxın şəxsdir, siyasi elita dəstəkləyir..." - İranın yeni prezidenti O OLACAQ?

Ötən günlərdə İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanıb. Prezidentliyə namizədlik üçün müraciət etmiş 80 nəfərdən Mustafa Purməhəmmədi, Məsud Pezeşkiyan, Əmirhüseyn Qazizadə, Əlireza Zakani, Səid Cəlili və Məhəmməd Baqir Qalibafın namziədliyi qeydə alınıb.  

 

Maraqlıdır, İran İslam Respublikasının 9-cu prezidenti kim olacaq? Namizədliyi qeydə alınanlardan kimin şansı daha çoxdur?

 


Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, burada Məhəmməd Baqir Qalibaf və Səid Cəlilinin şansları daha çox görünür:

 

“Amma Əlireza Zakani də bu namizədlər arasında dini rəhbər tərəfindən dəstəklənən şəxs kimi qəbul olunur. Lakin düşünürəm ki, bu dəfəki seçkilərdə əsas mübarizə Məhəmməd Baqir və Səid Cəlilinin arasında gedə bilər. Keçən dəfə Səid Cəlili geri çəkildi, axıra qədər getmədi. Amma bu dəfə fikrimcə, onun seçkilərdə sona qədər getmək ehtimalı çoxdur.  Qalibaf da güclü namizəddir və İslam Şurası tərəfindən dəstəklənən şəxsdir”.

 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, İranda keçiriləcək prezident seçkilərində uzun illərdir, aparılan siyasət davam etdiriləcək və əlavə dəyişikliklər olmayacaq:

 

“Xüsusilə burada islahatçılar və mühafizəkarlar arasında mübarizə gedir. Fikrimcə, burada daha şanslı namizəd Qalibafdır. Çünki mərhum Prezident İbrahim Rəisinin qəzasından dərhal sonra İran rəsmiləri konkret olaraq onun üzərində dayanmışdılar. Onu daha çox həm Ali rəhbərə yaxın, həm də mühafizəkar qanadın əsas aparıcı üzvü hesab edirlər. Qalibaf  SEPAH-a da yaxın şəxsdir.  Bu da onun seçilmə şansını artırır. Digər namizədlərə gəldikdə, onlar arasında islahatçılar da var, mühafizəkarlar da. Lakin dediyim kimi, Qalibaf daha çox elitanın dəstəyini qazanıb.  Amma fors-major rəqəmlərin olması da mümkündür”.

 

Günay Rəsulqızı

 

 

Fotoda: Məhəmməd Baqir Qalibaf

 


OXŞAR XƏBƏRLƏR

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...