Keçmiş “Spice Girls” ulduzu həyat yoldaşı ilə qalmaqallı şəkildə ayrıldı

İngilis pop müğənnisi, yazıçı və modelyer Geri Horner əri Kristianla davam edən qalmaqal fonunda yenidən qızlıq soyadına qayıdıb.
Sfera.az xəbər verir ki, qlamur “Dior” çəkilişində məşhur ulduz özünü Hallivell soyadında təqdim edib.
51 yaşlı "Spice Girl" ulduzu dəbdəbəli fransız brendinin moda nümayişi ərəfəsində görüntülənib. Qəşəng geyinən ulduz, klipə “Mənəm, Geri, Geri Hallivell” sözləri ilə başlayıb.
Qalmaqal haqqında
2024-cü ilin fevral ayında Geri Hornerin “Red Bull Racing Formula 1” komandasının meneceri olan 50 yaşlı ərinin 40 yaşlı qadına göndərdiyi mesajların ifşası yayılıb. Baş verən qalmaqal fonunda Kristian Horner müsabiqədən kənarlaşdırılmaqla hədələnib. Daxili araşdırma aparılıb və “Red Bull” yarış avtomobili sürücüsünün şirkət işçisi ilə uyğunsuz davranışı iddiaları aradan qaldırılıb.
Bununla belə, Horner və həmkarı arasında olduğu iddia edilən yüzlərlə intim WhatsApp mesajı daha sonra anonim e-poçt hesabı vasitəsilə yayımlanıb. Müğənninin ailəsində qalmaqal baş verib. Bundan sonra o, əri ilə Bəhreyndə “Formula 1”ə getməkdən imtina edib. Həmin vaxt Geri şokda olduğu və özünü alçaldılmış hiss etdiyi barədə açıqlama verib.
Aynil
Sfera.az