Cəngəllikdə 50 il sivilizasiyadan kənar yaşayan cütlük tapıldı - FOTO/VİDEO

Cəngəllikdə 50 il sivilizasiyadan kənar yaşayan cütlük tapıldı - FOTO/VİDEO

ABŞ-lı bir cütlük 50 ildir cəngəllikdə yaşayır.


1970-ci illərin sonundan bəri Dano və Robin cütlüyü Vaialua vadisində (Havay, ABŞ) öz əlləri ilə tikdikləri evdə cəngəlliyin ortasında yaşayırlar. Onların evi ən yaxın şəhərdən 20 mil aralıda, hər şeydən, hətta ərzaq mağazalardan belə uzaqda yerləşir.

 

Sfera.az bildirir ki, “YouTube”da 2,95 milyon abunəçisi olan amerikalı rejissor Piter Santenello bu yaxınlarda cütlüyün ziyarətinə gəlib.


Cütlük onilliklər ərzində həyatlarını öz yanaşmalarına uyğun formalaşdırıblar: 30 ildən artıqdır ki, televizor görmürlər, interner və “Google”dan da mümkün qədər uzaq qaçırlar.

 

Dano və Robin evlərinin ətrafındakı iki hektar ərazidə tapılan təbii resurslar hesabına yaşayırlar. Yığılan kakao paxlalarından qəhvə hazırlayır, tərəvəz və meyvə yetişdirir, maral ovlayır və müalicə üçün otlardan istifadə edirlər.


Piter Santenello cütlüklə internetsiz adi bir gün keçirib və yeni təəssüratlarını paylaşıb.

 

San Dieqoda doğulub böyüyən Dano deyir: "Bu həyat tərzinin o  qədər qeyri-adi olduğunu deməzdim, amma elə olur, həftələrlə Robindən başqa heç kimi görmürəm".

 

Məlum olub ki, cütlük Havay cəngəlliyində tanış olublar: həmin vaxt Robin əvvəlki evliliyindən olan iki yaşlı qızı ilə artıq sivilizasiyadan uzaq yaşayırdı. Dano saxladığı keçiləri axtararkən təsadüfən onun evinə rast gəlib və maraqlanmağa başlayıb.


"Evə qalxdım və dedim: Robin, keçi südü ilə qəhvə içə bilərəmmi”? 

 

İndi cütlük dörd uşaq böyüdür. Qızlarından biri artıq Yeni Zelandiyada öz evini tikib, digəri isə Portlenddə mənzil alıb.

 

Peter Santenellonun videosu “YouTube”da yayımlandıqdan sonra yüzlərlə insan bu həyat tərzi haqqında fikirlərini bölüşməyə başlayıb. 

 

"Vay, bu mənim bütün ailəmin arzusudur". 

 

“60 yaşım var. Dünya o qədər cızığından çıxıb ki, mən ailəmi dolandırmaq və lazım gələrsə, belə şəraitdə yaşamaq haqqında düşünürəm”.

 

"Mən də buna çalışıram. Sülh və sakitlik. Təbiətlə əlaqə. Xoşbəxt həyat”. 

 

Video 1,5 milyona yaxın baxış, minlərlə şərh və bəyənmə toplayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...